Gizlilik siyasəti
Son yenilənmə: 12 noyabr 2026
Bu siyasət efutbolaz.com (EFUTBOLAZ) platformasının hansı şəxsi məlumatları topladığını, onlardan necə istifadə etdiyini və qoruduğunu izah edir. Məlumatlarınız "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun emal olunur.
1. Topladığımız məlumatlar
- Hesab məlumatları: email ünvanı, şifrə (yalnız şifrələnmiş — bcrypt hash formasında saxlanılır, açıq mətn kimi heç vaxt), istifadəçi adı, eFootball ID, ölkə, sevimli klub, klan.
- Google ilə giriş: Google hesabınızın email ünvanı, Google ID-si və profil şəkli. Google şifrənizə çıxışımız yoxdur.
- Apple ilə giriş (iPhone tətbiqi): Apple-ın verdiyi istifadəçi identifikatoru və email ünvanı (Apple-ın «Emailimi gizlət» ünvanı da ola bilər). Hesabı siləndə Apple ilə əlaqə də ləğv olunur. Apple ID şifrənizə çıxışımız yoxdur.
- Çat: göndərdiyiniz mesajlar, şəkillər, səsli mesajlar və story-lər; şikayət etdiyiniz məzmun və blokladığınız istifadəçilərin siyahısı (şikayətlərə yalnız adminlər baxır).
- Yüklədiyiniz fayllar: avatar və oyun nəticələrinin ekran görüntüləri.
- Oyun məlumatları: turnir qeydiyyatları, oyun nəticələri, reytinq, kuboklar, bildirişlər.
- Android və iPhone tətbiqləri: tətbiq kameraya (avatar və nəticə screenshot-u çəkmək üçün) və mikrofona (chat-da səsli mesaj üçün) yalnız sən həmin funksiyadan istifadə edəndə icazə istəyir. Bildirişləri aktiv etsən, bildiriş göndərmək üçün cihazın push token-i (Android-də Firebase Cloud Messaging, iPhone-da Apple Push Notification service) saxlanılır; bildirişləri söndürəndə və ya hesabı siləndə silinir. Başqa əlavə məlumat toplanmır — saytla eyni məlumatlar emal olunur.
- Texniki məlumatlar: giriş sessiyası üçün cookie və server loqları (IP ünvanı, brauzer növü, sorğu vaxtı) — təhlükəsizlik və xətaların aradan qaldırılması üçün.
2. Məlumatlardan necə istifadə edirik
- hesabınızı yaratmaq, emailinizi təsdiqləmək və şifrə bərpası kodları göndərmək;
- turnirləri keçirmək: püşk, təqvim, cədvəllər, nəticələrin yoxlanılması;
- reytinq, statistika və nailiyyətləri hesablamaq;
- oyunlar, nəticələr və turnirlər barədə tətbiqdaxili bildirişlər göndərmək;
- fırıldaqçılığın və qayda pozuntularının qarşısını almaq.
Məlumatlarınızı satmırıq, reklam məqsədilə istifadə etmirik və reklam izləyiciləri (tracking) qoşmuruq.
3. Hansı məlumatlar ictimaidir
Platformanın digər istifadəçiləri sizin istifadəçi adınızı, avatarınızı, ölkənizi, eFootball ID-nizi, klanınızı, oyun nəticələrinizi, reytinq və kuboklarınızı görə bilər — bu, turnirlərin işləməsi üçün vacibdir. Email ünvanınız yalnız adminlərə görünür. Göndərdiyiniz ekran görüntüləri oyunun iştirakçılarına və adminlərə göstərilir.
4. Cookie-lər
Yalnız zəruri cookie-lərdən istifadə edirik: hesabınızda qalmağınız üçün sessiya cookie-si(30 gün) və Google ilə girişin təhlükəsizliyi üçün qısamüddətli cookie. Analitika və ya reklam cookie-si yoxdur.
5. Üçüncü tərəf xidmətləri
Platformanın işləməsi üçün aşağıdakı etibarlı xidmətlərdən istifadə edirik:
- Railway — server və verilənlər bazasının hostinqi;
- Resend — təsdiq və şifrə bərpası emaillərinin göndərilməsi;
- Google — "Google ilə daxil ol" funksiyası (istifadə etsəniz) və Android tətbiqində push bildirişlərinin çatdırılması (Firebase Cloud Messaging);
- Apple — "Apple ilə daxil ol" funksiyası (istifadə etsəniz) və iPhone tətbiqində push bildirişlərinin çatdırılması (Apple Push Notification service);
- Cloudflare — domen və email yönləndirmə xidmətləri.
Bu xidmətlər məlumatları yalnız bizim adımıza və öz gizlilik siyasətlərinə uyğun emal edir. Serverlər Azərbaycandan kənarda yerləşə bilər.
6. Saxlama müddəti
- Hesab məlumatları hesabınız aktiv olduğu müddətdə saxlanılır.
- Təsdiq və bərpa kodları 15–30 dəqiqə ərzində etibarsız olur və istifadədən sonra silinir.
- Hesab silindikdə şəxsi məlumatlarınız silinir; turnir tarixçəsinin düzgünlüyü üçün oyun nəticələri anonim şəkildə qala bilər (təfərrüat: Hesabın silinməsi).
7. Təhlükəsizlik
Bağlantılar HTTPS ilə şifrələnir, şifrələr hash formasında saxlanılır, sessiya tokenləri JavaScript üçün əlçatmaz (httpOnly) cookie-lərdə saxlanılır, birdəfəlik kodlar isə bir neçə səhv cəhddən sonra bloklanır. Buna baxmayaraq, internetdə heç bir sistem 100% təhlükəsiz deyil — güclü və unikal şifrədən istifadə edin.
8. Hüquqlarınız
Siz istənilən vaxt aşağıdakıları tələb edə bilərsiniz:
- haqqınızda saxlanılan məlumatların surətini almaq;
- səhv məlumatları düzəltmək (çoxunu Profil → Parametrlər bölməsində özünüz dəyişə bilərsiniz);
- hesabınızın və şəxsi məlumatlarınızın silinməsi — bunu Profil → Parametrlər → «Hesabı sil» ilə özünüz də edə bilərsiniz (necə?);
- məlumatların emalına etiraz etmək.
Bunun üçün qeydiyyatda olan emailinizdən [email protected] ünvanına yazın — 30 gün ərzində cavab veririk.
9. Uşaqlar
Platforma 13 yaşdan kiçik uşaqlar üçün nəzərdə tutulmayıb. 13 yaşdan kiçik uşağın qeydiyyatdan keçdiyini bilsək, hesabı siləcəyik.
10. Dəyişikliklər
Bu siyasət yenilənə bilər; son yenilənmə tarixi səhifənin yuxarısında göstərilir. Əhəmiyyətli dəyişikliklər barədə Platformada bildiriş veriləcək.
Bax: İstifadə şərtləri · Əlaqə