EFUTBOLAZDaxil ol

Hesabın silinməsi

Son yenilənmə: 12 noyabr 2026

Bu səhifə EFUTBOLAZ (veb sayt efutbolaz.com və Google Play-dəki Android tətbiqi, developer: SulhTechnology) hesabının və ona bağlı məlumatların necə silindiyini izah edir.

1. Tətbiqdə və ya saytda özün sil

  1. Hesabına daxil ol (tətbiqdə və ya efutbolaz.com).
  2. Profil → Parametrlər səhifəsini aç.
  3. Ən aşağıda «Hesabı sil» bölməsində istifadəçi adını yaz və «Hesabı birdəfəlik sil» düyməsini bas.

Hesab dərhal silinir və bütün cihazlarda sessiyalar bağlanır.

2. Daxil ola bilmirsənsə — email ilə

Qeydiyyatda olan emailindən [email protected] ünvanına «Hesabın silinməsi» mövzusu ilə yaz və istifadəçi adını göstər. Kimliyini yoxladıqdan sonra hesab ən geci 30 gün ərzində silinir və sənə cavab yazırıq.

3. Nə silinir

  • email ünvanı, şifrə (hash) və Google hesabı bağlantısı;
  • profil: istifadəçi adı, eFootball ID, sevimli klub, klan üzvlüyü, avatar;
  • şəxsi yazışmalar (hər iki tərəf üçün) və qrup/kanal mesajlarının mətni, şəkilləri, səsli mesajları;
  • hekayələr, bildirişlər, reaksiyalar, oxunma işarələri;
  • giriş sessiyaları, cihaz qeydləri və push bildiriş abunəlikləri.

4. Nə qalır

  • keçmiş turnirlərdəki oyun nəticələri və cədvəllər — digər oyunçuların nəticələri pozulmasın deyə anonim şəkildə («silinib_N» adı ilə), şəxsi məlumat olmadan qalır;
  • server loqları (IP ünvanı, sorğu vaxtı) hostinq xidmətində qısa müddət saxlanılır və avtomatik silinir.

Bax: Gizlilik siyasəti · Əlaqə

EFUTBOLAZ